Bakı Xoreoqrafiya Akademiyası (BXA) tam orta təhsil pilləsinin şagirdlərinə rus bəstəkarı Pyotr Çaykovskinin “Yatmış gözəl” baletinə həsr olunmuş təqdimat-dərs keçirilib.

Təqdimatda BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.

Şagirdlərə “Yatmış gözəl” baletinin (1889) yaranma tarixi haqqında Azərbaycan və rus dillərində ətraflı məlumat verilib. Baletin məzmunu, ümumilikdə təhlili verilməklə yanaşı, şagirdlərin ifasında əsas partiya və variasiyalar videokadrlar şəklində nümayiş etdirilib. Təqdimat çərçivəsində baletdən musiqi hissələri tam orta təhsil pilləsi şagirdinin ifasında pianoda səsləndirilib.

Sonda “Yatmış gözəl” baleti ətrafında şagirdlərin bilik və mənimsəmə qabiliyyətini yoxlamaq məqsədilə sual-cavab aparılıb.