Xəzər Universitetində AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi dosent Ellada Bəkirova “Albanşünaslıq keçmişdə və günümüzdə: elmi-nəzəri problemlər ətrafında müzakirə” mövzusunda seminar keçirib.

İnstitutdan bildirilib ki, məruzəçi Qafqaz Albaniyası dövlətinin ərazisi, əhalisi, siyasi tarixi, memarlıq abidələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında geniş müzakirə aparılıb.

Seminarda Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Yaqub Məmmədov, Xəzər Universitetinin Təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova, Tarix və arxeologiya departamentinin müəllimi Nurlan Nəsirov, tarix və tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.