Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində yenidənqurma işlərinə başlanılıb.

Əraziyə tamet daşları döşənəcək, yeni işıqlandırma sistemi qurulacaq, dekorativ ağaclar əkiləcək. Bundan başqa, parkın ərazisindən keçən, Heydər Əliyev və Nəriman Nərimanov küçələrini birləşdirən yolun yenidən açılaraq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların maraq göstərdiyi məkanlardan olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin – Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan və Hüseyn Cavidin heykəlləri qoyulub.