Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın “Azərbaycanlıların ənənəvi xalq təbabəti” (Traditional folk medicine of Azerbaijanis) kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, yeni nəşr “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri” adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.

Kitabda etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan florasından toplanılmış dərman bitkilərindən xalq təbabətində istifadə edilməsi təcrübəsinə dair məlumatlar əks olunub. Bu məlumatlar vaxtilə Qərbi Azərbaycandan, Qarabağ və Şərqi Zəngəzurdan qaçqın və məcburi köçkün düşmüş icmalardan toplanılıb.

Nəşrin elmi redaktoru professor Münir Öztürk, rəyçiləri professor Nazim Məmmədov və doktor İlhamə Cəfərlidir.

Kitab Azərbaycanın xalq təbabəti üsullarını geniş auditoriyada tanıtmaq üçün əhəmiyyətli mənbədir.