Noyabrın 20-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında “Əvvəlcə öldülər, sonra evləndilər” tamaşasının premyerası olub.
Yerli müəllif Rafiel Eristavinin əsəri əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Turqay Vəlizadə, quruluşçu rəssamı Marika Kvaçadzedir.
Teatrın bədii rəhbəri T.Vəlizadənin sözlərinə görə, R.Eristavinin 200 illik yubileyi ilə əlaqədar hazırlanan tamaşa Gürcüstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin maddi dəstəyi ilə ərsəyə gəlib. Tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Fuad İsfahanlı, Mədinə Həsənova, Esmiralda Məmmədova iştirak ediblər.
Tamaşa gürcü dilində nümayiş etdirilib və regionlara qastrol səfərləri də planlaşdırılır. Səhnə əsərinin Azərbaycan dilində də nümayişi nəzərdə tutulur.