Şəmkir rayon Gənclər evində Şəmkir rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “Sənətin izi ilə” adlı hesabat sərgisi keçirilib. Tədbirdə musiqi nömrələri də səsləndirilib. Sonda sərginin iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

***

Qusar rayon Mədəniyyət Mərkəzində “Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir” adlı dəyirmi masa keçirilib. Bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində davamlı addımlar atılır. Bu istiqamətində yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi prioritet məsələlərdən biridir.

***

Göyçay, Kürdəmir, Ucar və Yevlax rayon icra hakimiyyətləri və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Mədəniyyət müəssisələri əməkdaşlarının iştirak etdiyi aksiyada ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac tingi əkilib.

***

Şirvan-Salyan RMİ-ni əhatə edən şəhər və rayonlarda “Hozu 007” kinokomediyasının nümayişi təşkil olunub. Şirvan şəhər Folklor evi, Salyan Dövlət Kukla Teatrı, Biləsuvar və Neftçala rayon Heydər Əliyev mərkəzləri, həmçinin Hacıqabul rayon Mədəniyyət Mərkəzində göstərilən filmin yaradıcı heyəti ilə görüşlər də olub.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet vəzifələrindən biridir” mövzusunda tədbir keçirilib. Çıxışlarda dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində 25 noyabr – Kəlbəcər Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun Zəfəri ilə başa çatıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 2020-ci il noyabrın 10-da imzalanan və işğalçı Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edilib. Dövlətimizin başçısı tərəfindən 2023-cü il iyulun 31-də imzalanan sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan olunub.

Sonda “Kəlbəcər rayonunun işğaldan azad olunmasından 4 il ötür” adlı film nümayiş etdirilib.

N.Məmmədli