2024-cü ilin büdcəsi birinci oxunuşdan keçib
Milli Məclis noyabrın 26-da “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi noyabrın 25-də Milli Məclisin müzakirəsinə çıxarılıb.
2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur.
2025-ci il üçün icmal büdcəsinin (icmal büdcə – dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri) gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.
Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılıb.
2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5% artımla nəzərə alınıb. Növbəti il üçün pensiyaların ortaaylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3% çoxdur.