Mərkəzi Aran RMİ tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilir.
Müsabiqədə regional idarənin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından uşaqlar iştirak edirlər.
İki mərhələdən ibarət olmaqla təşkil olunan müsabiqənin seçim mərhələsinə noyabrın 27-də başlanılıb. Bu mərhələnin ilk günündə iştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq, təbiətə və ətraf mühitlə bağlı rəsmlərini təqdim ediblər.
Qeyd edək ki, müsabiqə xüsusi bacarığa malik uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, məktəbdən kənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqlərinin formalaşması və yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.