“Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə yerli klassik animasiya filmləri nümayiş olunub.
İttifaqdan bildirilib ki, tədbirin moderatoru Sevda Sultanova nümayişə dəstək verən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Nümayişdən sonra “Seans” animasiya filminin müəllifi Firəngiz Qurbanova, “Güzgü” filminin rejissoru Elçin Hami Axundov və “Sükutun pozulması” ekran işinin rejissoru Məsud Pənahi iştirakçıları maraqlandıran sualları cavablandırıblar.