3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.
Tədbirdə bu günün tarixindən danışılıb. Bildirilib ki, BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunan günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. Qeyd olunub ki, ölkəmizdə əlilliyi olan vətəndaşlara diqqət və qayğı göstərilir, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir.
Tədbirin bədii hissəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” dram dərnəyi, “AY” rəqs qrupu və müxtəlif cizgi qəhrəmanları çıxış ediblər.