Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Əlisəfa Azayevlə görüş keçirilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagird və müəllim kollektivi, kitabxananın fəal oxucuları iştirak ediblər.

Görüşdə Əlisəfa Azayevin həyat və yaradıcılığı haqqında məlumat verilib, əsərlərinin süjet xətti, ideyası, personajları haqqında fikirlər söylənilib. Həmçinin yazıçının yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunub.

Sonda yazıçı oxucuların suallarını cavablandırıb, maraqlı görüş üçün hər kəsə minnətdarlığını bildirib.