Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Vətəndaş A” serialının bir bölümü nümayiş olunub. Təqdimat Biləsuvar Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan RMİ və İctimai TV-nin birgə təşkilatçılığı ilə keçirilib.
Filmin yaradıcı heyəti əvvəlcə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində sərgilənən “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi ilə tanış olublar. Biləsuvar rayon Uşaq incəsənət məktəbi kollektivinin ifası da dinlənilib.
Nümayişdən əvvəl çıxış edən prodüser Sevinc Əliyeva, baş rolların ifaçıları Qurban İsmayılov və Günəş Mehdizadə bildiriblər ki, film vətəndaş kimliyini, onun cəmiyyətin timsalında təşəkkülü və təhsilin bu prosesdə əhəmiyyətini bir daha tamaşaçıya çatdırır.
Biləsuvarın icra başçısı Faiq Qürbətov filmin yaradıcı heyətinə uğurlar arzulayıb.
Sonra film nümayiş olunub.
Serialın bütün bölümlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsi nəzərdə tutulur.
Ssenari müəllifi Asiman Ağa Rövşən, rejissoru Elvin Rüstəmzadə olan filmin ideyası Cəfər Cabbarlının “Almaz” pyesindən götürülüb.