AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qərbi Azərbaycan” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə Qərbi Azərbaycanın tarixi, İrəvan xanlığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, xalqımızın əzəli yurd yerlərindən deportasiya olunmaları, fotoşəkillər, Ümummilli lider Heydər Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan İcması və s. haqqında məlumat öz əksini tapıb.

Sərgidə Qərbi Azərbaycanın əhalisi, ərazisi, coğrafiyası, elm və təhsili, folkloru, görkəmli şəxsiyyətləri, tarixi abidələri, erməni vandalizmi ilə bağlı şahid ifadələri və digər məlumatların əks olunduğu rus, ingilis, alman, türk və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər təqdim olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan sərgi MEK-də ənənəvi formada da təşkil edilib.