Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllim və tələbələrin iştirakı ilə EBSCO elmi məlumat bazasına dair seminar keçirilib.

AzMİU-dan bildirilib ki, tədbir EBSCO-nun geniş imkanlarının təqdim olunmasına və ondan effektiv istifadənin yollarının izahına həsr edilib. Seminarda EBSCO-nun nümayəndələri Aleksandr Rıtov, İrina Sercan və Vladimir Kulajenko geniş təqdimatlarla çıxış ediblər. Onlar məlumat bazasının üstünlükləri, elmi tədqiqatlar üçün dəyərli resurslar və onun səmərəli istifadəsinə dair tövsiyələr veriblər. Tədbir iştirakçıları mütəxəssislərə birbaşa suallar ünvanlayaraq bazanın imkanları haqqında daha ətraflı məlumat almaq imkanı əldə etdilər.

Bundan əlavə, seminarda Belarus Dövlət Universitetinin Fundamental Kitabxanasının direktoru və Belarus Kitabxanalar Assosiasiyası Şurasının sədri Yevgeniya Qrabko və başqaları təcrübələrini paylaşıb və iştirakçılarla fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, EBSCO məlumat bazası 2025-ci il yanvarın 25-dək AzMİU-nun bütün istifadəçiləri üçün açıqdır. Məlumat bazasına link vasitəsilə daxil olmaq mümkündür.