Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 169 nömrəli tam orta məktəblə birlikdə Ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) ilə əlaqədar “Əbədiyaşar lider” adlı tədbir keçirib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bildirilib ki, Ümummilli lider müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə bugünkü inkişafımızın təməlini qoyub. Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin dövlətçilik ənənələri uğurla davam etdirilir. Vətən müharibəsində şanlı Zəfərimiz də Ulu öndərin əsasını qoyduğu siyasətin məntiqi nəticəsidir.