Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub.
Tədbirdə Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi və 150 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Qonaqlar öncə mərkəzin ekspozisiya zalında dahi şəxsiyyətin zəngin siyasi irsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar.
Sonra “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir" və “Heydər Əliyev dühası” adlı mühazirələr dinlənilib, videoçarx nümayiş olunub.
Sonda şagirdlər Xalq artisti, rejissor Vaqif Mustafayevin Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər silsiləsindən “Heydər Əliyev. Dövlət" filminin III hissəsini izləyiblər.