Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrı Nizami Gəncəvinin fəlsəfi görüşləri əsasında hazırlanan “Xəzinə” tamaşası ilə gəncəlilərin qarşısında çıxış edib.
Yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı, baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi ikihissəli pritça baş rəssam Elşən Sərxanoğlunun bədii həlli ilə təqdim olunub. Səhnə əsəri Nizaminin səkkiz əsr əvvəl gündəmə gətirdiyi bəşəri problemləri ehtiva edir. Pritçada dahi şairin beş əsərindən də istifadə olunub. Tamaşa boyu zəka ilə daş-qaşın mübarizəsi gedir...
Tamaşanın musiqi tərtibatçısı Telman Qəniyev, icraçı rəssamı Nizami Dadaşovdur.