Dekabrın 12-də Mingəçevir Turizm Kollecində bu təhsil ocağının Tələbə gənclər təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Xatirələrdə yaşayan lider” adlı dəyirmi masa keçirilib.

Öncə kollecin kollektivi Ümummilli liderin şəhərdə ucaldılan abidəsini ziyarət edib və önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiram anıblar.

Kollecdə davam edən tədbirdə Ulu öndərlə bağlı videoçarx nümayiş etdirilib, dahi siyasətçiyə həsr olunan şeir səsləndirilib.

Mingəçevir Turizm Kollecinin tarix müəllimi Məleykə Vəliməmmədova və tələbələrin çıxışları dinlənilib. Çıxışlarda Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyətindən ətraflı söz açılıb.