Dekabrın 4-də keçirilən müsabiqəyə ölkəmizlə yanaşı, Türkiyə, Başqırdıstan (Rusiya Federasiyası), İran, Özbəkistan və Qazaxıstandan ifaçılar yarışmaya onlayn formatda qatılıblar.
Münsiflər heyətinin qərarına əsasən, Mədinə Nurəliyeva (fortepiano, Azərbaycan) müsabiqənin Qran pri mükafatına layiq görülüb.
Kiçik qrup üzrə fortepiano nominasiyasında Aylin Mahmudova I, Dəniz Veysəlzadə II,
Duyğu Fərruxzadə, Vüsal Sultanlı (hər üçü Azərbaycan) III yeri qazanıblar.
Kiçik qrup üzrə orkestr nominasiyasında Cəlalə İsmayılzadə I, Mikayıl Məmmədli II (hər ikisi Azərbaycan), Qapçuk Arina (Qazaxıstan) və Recep Tuna Yıldrım (Türkiyə) III yerə layiq görülüblər.
Böyük qrupda fortepiano nominasiyası üzrə Zümrüd Əlizadə I, Mehin Zaliyeva (hər ikisi Azərbaycan) II, Sultanbek Mahsuddinov (Özbəkistan) III olublar.
Böyük qrupda orkestr nominasiyası üzrə ölkəmizdən Aydan Hacıəhmədova birinci yeri tutub. Tamila Abdraşeva (Qazaxıstan), Vadim Şitov (Başqırdıstan, RF) II, Zarina Riskali (Qazaxıstan) və Yaroslava Ovçinnikova (Başqırdıstan, RF) III yeri qazanıblar.
“Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə” həvəsləndirici mükafat isə iranlı Jedari Seifi Elyana (fortepiano) qismət olub.
Qeyd edək ki, ifaçıları Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın sədrliyi ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə Başqırdıstan və İran mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirib.