Lənkəran Dövlət Dram Teatrında “Tilsimli sandıq” adlı Yeni il tamaşasının premyerası olub.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamları Fuad Babazadə, Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti isə Nuranə Nəcəfovadır.

Rolları Rauf Zeynalov, Təranə Fərəcova, Səyad Əliyev, Emin Fərzullayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Babazadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Vəfa Hacızadə, Teymur Hacızadə, Elvin Məmmədov ifa edirlər.

Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.