Xəzər dənizinin Qazaxıstan sahillərində suyun geri çəkilməsi bir neçə əsr əvvəl batmış gəmini üzə çıxarıb.
Qazaxıstan mediasının məlumatına görə, XVIII əsrə aid edilən üçdorlu gəmi Rusiyadan gələn ticarət donanmasına məxsus olub. Bu, beynəlxalq arxeoloqlar qrupunun gəldiyi ilkin nəticədir.
Qeyd olunur ki, dənizdə su səviyyəsinin aşağı düşdüyü sahil ərazidə tədqiqat aparan mütəxəssislər batmış gəmiyə rast gəliblər.
“Təhlillər göstərir ki, struktur elementlərdə şotland şamı və küknar ağacları var. Bu da mümkün mənşəyin Volqa hövzəsi regionundan və ya Qafqazdan ola biləcəyini göstərir. Gəmidə qovaq ağacından hazırlanmış alət də aşkar edilib. Radiokarbon tədqiqi nəticəsində gəminin XVIII əsr 18-ci əsrin sonlarında düzəldildiyini söyləmək mümkündür”, – deyə məlumatda bildirilir.
Tədqiqatçılar gəmidə dövrün kənd təsərrüfatı təcrübələrini göstərən bitki nümunələri, o cümlədən qarabaşaq yükü də aşkar ediblər.