Forumda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da təmsil olunub

Sentyabrın 6-da Qazaxıstanın Almatı şəhərində “Nealth Travel Business Club”un təşkilatçılığı və Qazaxıstan Turizm Assosiasiyasının (KTA) rəsmi dəstəyi ilə “Sağlamlıq turizmi” peşəkarlar forumu və B2B görüşləri keçirilib.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da “Chinar Naftalan” və “Qalaaltı Spa & Hotels” müalicəvi turizm kompleksləri ilə təmsil olunub.
Assosiasiyanın nümayəndəsi Çingiz Hacıyev forumda “Azərbaycanda sağlamlıq turizminin ənənələri, yeni innovasiyalar və perspektivlər” mövzusunda geniş təqdimatla çıxış edib.
Forumdan sonra B2B formatında ikitərəfli işgüzar görüşlər keçirilib. Tədbirdə iştirak edən Urologiya və Ginekologiya Assosiasiyasının, eləcə də Dermatologiya Mərkəzinin həkim-ekspertləri Naftalan və Qalaaltı sağlamlıq turizmi məhsullarına böyük maraq göstərib və Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etmək əzmində olduqlarını bildiriblər.
Qeyd edək ki, KTA-nın marketinq araşdırmalarının nəticələrinə əsasən, sağlamlıq turizmi Qazaxıstan əhalisi arasında populyarlığına və əhəmiyyətinə görə dəniz istirahətindən sonra ikinci yerdədir. Bu da Azərbaycanın sağlamlıq turizmi mərkəzlərinin Qazaxıstan bazarında ön plana çıxmasına imkanlar açır.
Forumun növbəti toplantısının Azərbaycanda keçirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar