Özbəkistanın Xalq şairi Camal Kamal Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsərini özbək dilinə tərcümə edib.
2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) qardaş ölkədə “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi keçirir.
Layihə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatı nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri, poemaları və tərcümə əsərlərinin müsabiqəyə təqdim olunması nəzərdə tutulub.
Camal Kamal da yeni tərcümə etdiyi “Fəryad” əsərini müsabiqəyə təqdim edib.
Qeyd edək ki, AMM-in layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si də Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilib.