“Mədəniyyət” qəzeti 1991-ci ilin yanvarından nəşr olunur. Qəzetin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi ölkədə mədəniyyət və turizm sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Respublikanın mədəni həyatın müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və  digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.

Ölkəmizdə turizm sektorunun inkişafı, turist şirkətlərinin, mehmanxana və istirahət müəssisələrinin fəaliyyəti, Azərbaycanın dünya turizminə inteqrasiyası, xarici turizm əlaqələri, bu sahədə dünyada gedən proseslər, yerli və beynəlxalq miqyaslı turizm tədbirləri də müntəzəm olaraq qəzetdə işıqlandırılır.

Qəzet həftədə iki dəfə (çərşənbə axşamı və cümə günləri) nəşr olunur.

Qəzetin elektron versiyası (www.medeniyyet.az) 2008-ci dekabrından fəaliyyət göstərir. 

 

Baş redaktor: İntiqam Hümbətov.

 Ünvan: AZ 1012,  Bakı şəhəri, Moskva prospekti, 1 D. Azərbaycan Dövlət Film Fondunun binası 5-ci mərtəbə.

 Telefon: (+99412) 431 57 72;  (+99412) 430 16 79; (+99412) 431 28 79;  (+99412) 530 34 38

 Faks: (+99412) 431 28 79

 E-mail: qazet@medeniyyet.az