“Çəmbərəkənd” parkı – paytaxtda gözoxşayan daha bir məkan

Bakının Səbail rayonu ərazisində paytaxt sakinlərinin və qonaqların sevimli məkanı olacaq daha bir gözoxşayan məkan – “Çəmbərəkənd” parkı salınıb. Prezident İlham Əliyev iyunun 8-də yeni parkda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı... Ətraflı

Musiqişünas Zemfira Səfərova “Şöhrət” ordeni ilə təltif edilib

Tanınmış musiqişünas alim, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, akademik Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev iyunun 9-da bununla bağlı sərəncam imzalayıb. Zemfira Səfərova Azərbaycan musiqişünaslığının inki... Ətraflı

Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır

İyunun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məm... Ətraflı

Portuqaliya Azərbaycanla daha sıx əlaqələr qurmaq istəyir

Portuqaliya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu fikri iyunun 6-da Moskvada Azərbaycanın Rusiya Federasiyasında səfiri Polad Bülbüloğlu ilə görüşdə Portuqaliyanın RF-də yeni səfiri xanım Madalena Fişer vurğulayıb. Beynəlxalq təşkil... Ətraflı

Formula 1 həyəcanı başlanır

Sürət peşəkarları Qız qalasının başına 51 dəfə dolanacaqlar   İyunun 10-da Bakıda Formula 1 Azərbaycan Qran-prisi başlanır. Paytaxtımızda altıncı dəfə keçirilən yarışın ilk gününə sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. Mövsümün ... Ətraflı

Dadaş Bünyadzadəni Şah bulağı əvəzlədi...

Xəzər rayonunda bir sıra küçələrin adları dəyişdirilib   Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə paytaxtın Xəzər rayonunun qəsəbələrində 10 küçənin adı dəyişdirilib. Küçələrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri &uu... Ətraflı

“National Geographic” mətbəximiz haqqında

Amerikanın “National Geographic” jurnalında Azərbaycan mətbəxinə həsr olunmuş məqalə dərc olunub. Müəllif Emili Luş yazdığı məqalədə Azərbaycan mətbəxinin yeməklərinin rəngarəngliyindən və zənginliyindən söz açır. Qeyd olunur ki, Azərbaycanı əhatə edən doqquz iqlim qurşa... Ətraflı

Milli İncəsənət Muzeyi balacaları dəvət edir

Azərbaycan Milli İncəsənət Muzeyinin təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə gerçəkləşdirdiyi “Bədii lövhələr” layihəsinin iyun ayı üzrə  qəhrəmanı Xalq rəssamı Səttar Bəhlulzadədir. Muzey ay ərzində ust... Ətraflı

Sabir haqqında özbək dilində – “Wikipediya”da bölmə istifadəyə verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM)  layihəsi ilə böyük Azərbaycan şairi, görkəmli satirik və maarifpərvər ziyalı Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi münasibətilə “Wikipediya” beynəlxalq elektro... Ətraflı

London Musiqi Akademiyasının professoru BMA-da ustad dərsi keçib

London Royal Musiqi Akademiyasının professoru, truba ifaçısı Kristian Riçards Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsi keçib. Ustad dərsində BMA-nın tələbələri Oruc Orucov, Səid Rəsulov, Fərid Hacıyev, Timur Xındırıstanskiy və Faiq Əlizadə ... Ətraflı