Dünya şöhrətli rəssamın vəfatının 40-cı günündə Bakıda sərgisi açılıb
İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq rəssamı, “İstiqlal” və “Şərəf” ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı günü ilə əlaqədar “Toğrulu xatırlayaraq” adlı sərgi açıldı.
Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq dahi sənətkarın yaradıcılıq axtarışlarından danışdı. Qeyd olundu ki, Azərbaycan rəssamlıq məktəbinin ən parlaq simalarından olan Toğrul Nərimanbəyovun adı bütün dünyada hörmətlə çəkilir, müxtəlif ölkələrdə qalereyalarda, muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.
Nazir görkəmli rəssamın həmçinin böyük vokal istedadı olduğunu qeyd etdi, 1996-cı ildə onun Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən solo konsertini yada saldı. Həmin konsertdə iştirak edən ümummilli lider Heydər Əliyev Toğrul Nərimanbəyovun ifasını yüksək qiymətləndirmişdi: “Hər bir insan nə vaxtsa dünyasını dəyişir. Önəmli olan onun özündən sonra qoyduğu iz, əməli, fəaliyyətidir. Bu mənada Toğrul Nərimanbəyov fəaliyyəti ilə, yaradıcılığı ilə özünə əbədi məhəbbət qazanıb. Azərbaycan mədəniyyətini, incəsənətini, rəssamlıq məktəbini onun adı olmadan təsəvvür etmək mümkün deyil. Bu həmişə də belə olacaq. Biz istəyirdik ki, o, Bakıda dəfn olsun. Bəlkə də bu Allahın hökmüdür ki, Toğrul Parisdə dəfn olundu. Düşünürəm ki, Parisə səfər edəcək azərbaycanlılar mütləq onun məzarını ziyarət edəcək, onun dünya mədəniyyətinə verdiyi töhfələr barədə fəxrlə danışacaq. Azərbaycan xalqı onunla həmişə qürur duyacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum sənətkarın yaradıcılığından danışdı. Vurğulandı ki, XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində geniş şöhrət tapıb. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə seçilib.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə böyük sənətkarın keçdiyi çətin, lakin şərəfli ömür yoluna bir daha nəzər saldı. Bildirildi ki, T.Nərimanbəyov uşaqlıqdan sənətə böyük maraq göstərib və özünü təsdiqləyə bilib. Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynayıb. Onun yaradıcılıq yolu rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir: “Rəssamlar çoxdur, lakin hər rəssam özünəməxsus sənət dünyası yaratmaq qüdrətinə malik deyil. Toğrul Nərimanbəyov bu gün bizim aramızda olmasa da, onun yaratdığı sənət dünyası hər zaman bizimlədir. Zaman keçəcək, nəsillər dəyişəcək, amma Toğrul Nərimanbəyovun yaratdıqları hər zaman öz orijinallığı ilə diqqəti cəlb edəcək, qədirbilən xalqımız heç zaman bu böyük sənətkarı unutmayacaq”.
İştirakçıları Azərbaycan dilində salamlayan Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq yazıçısı Çingiz Abdulayev çıxış edərək Toğrul Nərimanbəyovun bəşəri bir sənətkar olmasından, bənzərsiz sənət dünyasından söz açdılar.
Vurğulandı ki, 1961-ci ildən Polşa, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, İtaliya, İspaniya, Almaniya, Fransa, Türkiyə, ABŞ, Kanada, Kuba, Hindistanda yaradıcılıq səfərlərində olan rəssamın fərdi yaradıcılıq sərgiləri sənətsevərlər üçün bayrama çevrilib və daim maraqla qarşılanıb. Eyni zamanda, doğma Vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir. 1974-cü ildə Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinin bədii tərtibatına görə Azərbaycanın, 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinin bədii tərtibatına görə isə SSRİ Dövlət mükafatları ilə təltif olunan sənətkar 1989-cu ildə SSRİ Xalq rəssamı kimi yüksək fəxri adlara layiq görülüb. Toğrul Nərimanbəyov müstəqil Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif olunub.
Rəssamın qızı Əsmər Nərimanbəyova tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Sonda iştirakçılar rəssamın Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri ilə yaxından tanış oldular.
Toğrul Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
Ceyhun Zərbəliyev