İyulun 1-də Parisdə UNESCO-nun "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 14 noyabr 1970-ci il Konvensiyasına üzv dövlətlərin fövqəladə iclası başlanıb. Toplantıda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edir.
İyulun 4-dək davam edəcək iclasda beynəlxalq konvensiya üzrə komitə üzvlərinin seçilməsi, fəaliyyət müddətinin müəyyən edilməsi, icra mexanizmlərinin hazırlanması və s. məsələlər nəzərdə tutulur. Tədbirdə iştirak edən Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimovun məsələ ilə bağlı çıxışı nəzərdə tutulub.