Qırğızıstan parlamentinin beynəlxalq əlaqələr komitəsinin və MDB Parlamentlərarası Assambleyasının birgə təşkilatçılığı ilə Qırğızıstanın Çolpon-Ata şəhərində mədəni-maarif forumu keçirilib. Tədbirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.
   Forum çərçivəsində “MDB məktəbliləri kəhkəşanı” Beynəlxalq yaradıcılıq festivalı, “Mənəviyyat və mədəniyyətlərin dialoqu-birliyin və inkişafın əsasıdır” mövzusunda dəyirmi masa, “Müəllimin portreti” mövzusunda seminar, “Məktəblinin vizit vərəqəsi” sərgisi keçirilib.
   Tədbirlərin məqsədi MDB ölkələrinin təhsil müəssisələri arasında beynəlxalq əlaqələri möhkəmləndirməyə yönəldilmiş layihələr, mədəniyyətlərarası dialoqu və mehriban qonşuluq münasibətlərini genişləndirən proqramlar hazırlamaq və həyata keçirməkdən ibarətdir.