Kitab Klubu vaxtaşırı Azərbaycanda yeni nəşr olunmuş kitabları oxuculara təqdim edir. Bunlar arasında Çingiz Abdullayevin “Payız madriqalı” povesti var.
   Çingiz Abdullayevin “Payız madriqalı” povesti Azərbaycan gerçəkliyini detektiv janrda əks etdirən əsərlərdən biridir. Təbəssüm Muxtarovanın tərcümə etdiyi əsərdə yazıçı hakim dairələrdə, hüquq-mühafizə orqanlarında, cəmiyyətin bütün təbəqələrində xərçəng xəstəliyi kimi yayılmış korrupsiyanı, mənəvi cılızlığı ifşa edir.
   Kitab Klubunun təqdim etdiyi kitablar siyahısında Sultan Məmmədov “Massonluq: dünyanı idarə edən qüvvə”, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, "Azərbaycan ədəbiyyatı tarixi", A.Jolin və M.A.Engelqardtın "Böyük adamların təbiəti", A.N.Kononovun "Rusiyada türk dillərinin öyrənilməsi tarixi", A.Talıbzadənin "Şərq teatr tarixi", C.Abdullayevin "Müasir Azərbaycan ədəbiyyatı", Ağayar Şükürovun, "Müstəqil dövrün fəlsəfəsi və filosofları" əsərləri də yer alıb.   

ELMİN