UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasında qurumun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilən nümunələr arasında Monqolustan və Uqandanın təqdim etdiyi nominasiyalar da var. Bu ölkələrin nümayəndələri təəssüratlarını qəzetimizlə bölüşdülər.
Monqolustanın UNESCO-da nümayəndəsi Jargalsaikhan Gundegmaa:
- Sessiyaya monqol xəttatlıq sənəti ilə bağlı nominasiya təqdim etmişdik və sevinirik ki, müraciətimiz qəbul olundu. Bu sənət növü Monqolustanda əsrlər boyu mövcud olub, indi bu sənətlə məşğul olanların sayı tamamilə azalıb. Kiril əlifbası meydana çıxandan sonra monqol əlifbası unuldulmağa başlamışdı. Xəttatlıq sənəti də monqol əlifbası ilə bağlıdır. Ümumiyyətlə, Monqolustanda 4 əlyazma nümunəsi olub. Bunlar skriptlər adlanırdı. Skriptlər vərəqin yuxarısından aşağısına doğru yazılan əl sənətidir. Məqsədimiz bu sənəti UNESCO-nun qoruması altına almaq idi və şükür ki, buna nail ola bildik.
Mərkəzi Asiya ölkələrinin mədəniyyəti demək olar ki, eynidir. Bu ölkələrdən hər hansı birinin qeyri-maddi mədəni irsinin UNESCO-ya daxil olması eyni zamanda bizim uğurumuzdur. Demək istəyirəm ki, xəttatlıq sənəti Monqolustanın UNESCO siyahısında ilk qeyri-maddi mədəni irs nümunəsi olsa da, biz həmişə Mərkəzi Asiya ölkələrinin bu sahədəki uğurlarına sevinmişik.
Bakıya ilk dəfər səfər edirəm. Tələbəlik illərim Moskvada keçib. Orda mən Azərbaycan haqqında eşitmişdim, amma etiraf edim ki, bu qədərini gözləmirdim. Çox gözəl, zəngin şəhəriniz var. İnsanlarınızın mehribanlığı, belə bir möhtəşəm tədbirin çox yüksək səviyyədə təşkili məni heyran etdi. Hələ bir neçə gün burdayam, istərdim ki, şəhəri gəzim, maraqlı yerlərlə tanış olum».
«Yenə belə bir fürsətim olsa, Bakıya böyük məmnuniyyətlə gələrəm»
Uqandanın UNESCO-dakı nümayəndəsi Vaumo Culiana Akoryo:
- Bizim müraciətimiz Uqandanın Batooro, Banyoro, Batuku, Batagvenda və Banyabindi Empaako adqoyma ənənəsi ilə bağlı idi. Bizdə belə bir ənənə var ki, müəyyən müddət keçdikdən sonra şəhərə ad verilir. Yəqin bu bir qədər qəribə səslənir. Amma bu da bizim ənənəmizdir və tarixi də olduqca qədimdir.
Müzakirələr olduqca gərgin keçdi. Bir çox ölkələrin nümayəndələri fikirlərini bildirdilər, etiraz edənlər də vardı. Hətta bir ara müraciətimizin qəbul olunmayacağı ilə bağlı məyusluq hissi məni bürüdü. Amma şükürlər ki, hər şey istədiyimiz kimi oldu.
Bilirsiniz, müraciət edən ölkənin təqdimatından da çox şey asılıdır. Bəzən olur ki, çox dəyərli bir maddi-mədəni irs nümunəsini UNESCO-nun hər hansı bir siyahısına daxil etdirə bilmirlər. Çünki təqdimatlarını düzgün qurmurlar. Burada hər bir məqam incələnir, ekspertlər tərəfindən dəyərləndirilir.
İlk dəfədir Azərbaycana gəlirəm. Düzdür, bizim ölkə ilə müqayisədə buralar bir qədər soyuqdur, amma əvəzində insanlar istiqanlı və mehribandır. Hotellərdə şərait çox gözəldir. Mətbəxiniz isə əladır. Yeməklər o qədər dadlıdır ki, bilmirik hansından yeyək. Əgər yenə belə bir fürsətim olsa, Bakıya böyük məmnuniyyətlə gələrəm.
Fəxriyyə Abdullayeva