“Ölkəmizdə yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər”
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən Prezident İlham Əliyev 2013-cü ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında ikiillik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu deyib.
Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib
Prezident ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını diqqətə çatdırıb: “Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilib. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi”.
Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində irəliləyişə nail olunmadığı qeyd olunub. Dövlət başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu il də təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa olunacağını deyib.
Prezident 2013-cü ildə respublikamızda ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz artdığını bildirib. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulub, ölkəmizin strateji valyuta ehtiyatı 50 milyard dollara çatıb. 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb, işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil edib. Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir. Davos Forumunun son açıqlamasına əsasən ölkəmiz rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir.
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə çıxarılmasını tarixi nailiyyət kimi dəyərləndirən Prezident respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib: “Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu hotel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir”.
Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu deyib. 2013-cü ildə TAP və “Şahdəniz-2” layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.
İclasda maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış ediblər.
Əldə olunan uğurlar 2014-cü ildə davam etdiriləcək
İclasa yekun vuran Prezident İlham Əliyev ötən il əldə olunan uğurların 2014-cü ildə də davam etdirilməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulayıb. Bu il qəbul ediləcək növbəti regional inkişaf, Bakı və ətraf qəsəbələrin inkişafı proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələr durur.
Prezident 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya, həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş “ASAN xidmət” şəbəkələrinin genişlənəcəyini vurğulayıb.
Prezident 2014-cü ili həm də 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq prosesində həlledici il kimi səciyyələndirib. Dövlət başçısı 2014-cü ilin Azərbaycanda “Sənaye ili” olacağını diqqətə çatdırıb.