Laçın Dövlət Rəsm Qalereyasının sərgi salonunda rayon Mədəniyyət evi ilə birgə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Üç gün ərzində keçirilən tədbirlərdə Laçın rayonunun Bakı şəhərində məskunlaşmış təhsil müəssisələrinin - 9, 19, 33, 35 saylı və Bozlu kənd orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirlərdə Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Nizami Rza, məktəblərin müəllimləri şagirdlərə 20 Yanvar faciəsi haqqında məlumat veriblər. Qalereyanın sərgi salonunda nümayiş etdirilən “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı fotosərgi böyük marağa səbəb olub. Şagirdlər 20 Yanvar, şəhidlər haqqında, vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.
X.Dünyamalıyev,
Laçın Dövlət Rəsm Qalereyasının direktoru