Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak məqsədilə Ankarada səfərdə olan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSOY-un qərargahında qurumun baş katibi Düsen Kaseinovla görüşüb.
Görüş zamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə və millət vəkili Qənirə Paşayevaya TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş medal təqdim olunub.
Tədbirdə təşkilatın 20 illik fəaliyyəti haqqında film nümayiş etdirilib və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.