Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir

İyunun 28-də Almaniyanın Bonn şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası işə başlayıb. İyulun 8-dək davam edəcək sessiya "İrs naminə birləşək!"
şüarı altında keçirilir.


Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi iştirak edir.
Komitənin açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokova, Almaniyanın xarici işlər üzrə dövlət naziri M.Böhmer, UNESCO baş konfransının sədri Hao Ping, qurumun İcraiyyə Şurasının sədri Məhəmməd Əmr çıxış edərək dünya mədəni irsinin qorunmasında ölkələrarası əməkdaşlığın təşviq olunmasının, münaqişə zonalarında abidələrin və tarixi məkanların mühafizəsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Komitənin gündəliyinə üzv dövlətlər tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq sözügedən siyahıya daxil olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və s. məsələlər daxildir.
Qeyd edək ki, hazırkı sessiya dünyada mədəni abidələrin məqsədyönlü şəkildə dağıdılması fonunda keçirilir və məhz bu səbəbdən UNESCO-nun diqqəti xüsusi olaraq bu məsələyə yönəlib. Sessiya çərçivəsində qurumun baş direktoru İ.Bokovanın iştirakı ilə "İrsin qorunması naminə qlobal koalisiya" adlı təşəbbüsün təqdimat mərasimi də keçiriləcək.
Məlum olduğu kimi, Azərbaycanın İçərişəhər, Şirvanşahlar Sarayı kompleksi və Qız qalası, həmçinin Qobustan Milli Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısındadır. Ölkəmizin digər tarixi-mədəni abidələrinin bu siyahıya daxil edilməsi üçün iş aparılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar