Xorvatiyada keçirilən tədbirdə Avropa Oyunlarının tarixi əhəmiyyətindən danışılıb

Xorvatiyanın paytaxtı Zaqrebdəki “Novinarski dom” Mədəniyyət Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan haqqında bilmədiklərimiz və “Bakı-2015” ilk Avropa Oyunları” mövzusunda tədbir keçirilib.

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev tədbirdə çıxış edərək ölkəmizin tarixi, müasir inkişafı, əldə olunan nailiyyətlər, regional əməkdaşlıq və inteqrasiyaya, sivilizasiyalararası dialoqa verdiyi töhfələr və “Bakı-2015” ilk Avropa Oyunları haqqında məlumat verib. Diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, münaqişə ilə bağlı tarixi, siyasi və hüquqi məqamlar, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və problemin həllində ölkəmizin mövqeyi barədə də söhbət açıb.
Tədbirə qonaq qismində qatılan Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Azərbaycana səfərləri, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Bakıda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunlarının tarixi əhəmiyyətindən danışıb.
İlk Avropa Oyunları ilə əlaqədar Xorvatiyadan Bakıya 4000 kilometr məsafə qət edərək velosipedlə səyahət edən “Pedalinac” klubunun üzvləri adından çıxış edən Mladen Qaçeşa “İlk Avropa Oyunlarına velosipedlə” layihəsi haqqında danışıb.
Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən M.Qaçeşa səyahət zamanı onlara verilən dəstəyə görə bütün Azərbaycan xalqına və təşkilatçılara təşəkkürünü bildirib. Bu səyahətin Xorvatiya ilə Azərbaycan arasındakı dostluğun tərənnümü və “Pedalinac” klubu üzvlərinin ilk Avropa Oyunlarına töhfəsi olduğunu bildirib. İndiyədək Olimpiya Oyunları ilə əlaqədar Pekinə, Londona və Soçiyə velosipedlə yürüş etdiklərini bildirən M.Qaçeşa Bakıda ilk Avropa Oyunlarının daha fərqli, daha möhtəşəm təşkil edildiyini, Azərbaycanın adının Avropanın və dünyanın idman tarixinə yazıldığını bildirib. O, rəhbərlik etdiyi klubun belə bir möhtəşəm tədbirin bir parçası olduğundan qürur hissi keçirdiyini vurğulayıb.
Tədbirdə “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də yarışların gedişi barədə videoçarxlar nümayiş olunub, qonaqlara birinci Avropa Oyunlarının loqoları olan suvenirlər və məlumat vəsaitləri, səfirlik tərəfindən xorvat dilinə tərcümə edilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar və ölkəmizin mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər paylanılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar