Dostum, ağ saçlarımın günahı var,
   Onun Vətən dərdi, sonsuz ahı var,
   Qəlbimin yurd adlı öz allahı var,
   Bu saçlarım, ağarmasın neyləsin?
  
   Gül-çiçəkli dağlar qoyub gəlmişik,
   Bulaqları çağlar qoyub gəlmişik,
   Həkərini ağlar qoyub gəlmişik,
   Bu saçlarım, ağarmasın neyləsin?

   Həsrət qaldım torpağına, daşına,
   Duman çökdü, qar ələndi başıma,
   Çox deyirəm, vallah, baxmır yaşıma,
   Bu saçlarım, ağarmasın neyləsin?
  
   Yurd talanıb, el-obadan haram var?
   Var-yoxumdan ümid adlı param var,
   Ürəyimdə Laçın boyda yaram var,
   Bu saçlarım, ağarmasın neyləsin?

   Amil