Fransa paytaxtında ölkəmizi tanıdan tədbirlər keçirilib
Xəbər verdiyimiz kimi, Fransa paytaxtında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan” adlı layihə çərçivəsində tədbirlər keçirilib.
Sentyabrın 3-dən 9-dək məşhur Luvr muzeyinin qarşısındakı Pale Royal meydanında ölkəmizin zəngin mədəniyyətini təqdim edən “Azərbaycan şəhərciyi” fəaliyyət göstərib. Həmçinin dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” sərgisi nümayiş olunub.
Sentyabrın 8-də layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib. O, konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların yanaşı mövcud olduğunu, bütün dini azadlıqların təmin edildiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tolerantlığın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyib. Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycan və yəhudi xalqlarının bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdirdiklərini vurğulayıblar.
Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali, Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdə tolerantlıq mühitinin canlı şahidi olduqlarını bildiriblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete ölkəmizə bütün dini konfessiyaların fəaliyyətinə bərabər imkanlar yaradıldığını diqqətə çatdırıblar.
* * *
Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib.
Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, şəhərdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin sənətsevərlərdə unudulmaz təəssürat yaratdığını bildirib.
Xalq artisti, pianoçu Murad Hüseynovun, gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.
Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib.