Cəlil Məmmədquluzadə hər zaman nə isə cızma-qara etməzdən qabaq bir stəkan pürrəngi çay içərmiş... sonra da stulda əyləşib bir müddət fikrə gedər və dərhal oyanıb vərəq götürərək yazmağa başlarmış...Həyat yoldaşının dediyinə görə, Cəlil əgər çay içməsə,heç nə yaza bilməzmiş...
   Cəlil Məmmədquluzadə hər zaman doğulduğu kəndə gedəndə həmişə yol boyu bir ovuc torpaq gotürüb iylərmiş...Sonra da ağlayarmış...
  
   * * *
   Nazim Hikmət zövqlə geyinməyi xoşlayırmış, amma həm də istəyirmiş ki, hamı zövqlə geyinsin. Ona görə hər dəfə Moskvada işə gedəndə, maşınını işdən xeyli aralı saxlatdırarmış, düşüb idarəyə kimi piyada gedərmiş ki, Moskvadakı piyadalar onun geyimini görüb, ona oxşasınlar, onun kimi geyinsinlər. Bununla da geyim mədəniyyətini təbliğ edərmiş.
  
   * * *
  
   Lev Nikolayeviç Tolstoy velosiped sürməyi öyrənəndə altmış beş yaşında idi. Yetmiş beş yaşında isə o, konki sürməyi davam etdirirdi. Delir adlı atının belində gündə 20 kilometr yol gedəndə yaşı 80-i ötmüşdü.
  
   * * *
  
   O.Henri israfçı kimi həbsxanaya düşdükdə sevimli qızını saxlamaq üçün vəsait əldə etmək məqsədi ilə hekayələr yazmağı qərara almışdı və bütün dünyada məşhur yazıçı olmuşdu.
  
   Səbuhi