Yanvarın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mücadiləsi tarixində rolundan söz açdı. İmperiyanın qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğuladı. Bildirildi ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet hərb maşınının Azərbaycan xalqına qarşı törətdiyi amansız cinayət nəticəsində vətəndaşlarımız böyük sarsıntılara məruz qalıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən və azadlıq, müstəqillik, suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə Bakıya hücum edilib. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirilib, 700-dən çox insan yaralanıb.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Aslan Cəfərov çıxış edərək bildirdi ki, bu qanlı tarix heç vaxt yaddaşlardan silinməyəcək. Hadisənin canlı şahidi kimi həmin gün Bakıda baş verənləri xatırlayan sektor müdiri əlavə etdi ki, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir və Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən imtahan idi.

Sonra Nizami rayonu Uşaq və gənclər yaradıcılıq mərkəzinin dram dərnəyinin üzvləri və Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Fəridə Hacıyeva 20 Yanvara və şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
Sonda tədbir iştirakçıları qanlı hadisələri özündə geniş əks etdirən “20 Yanvar hüzn və milli qürur günüdür” adlı kitab sərgisi və Uşaq və gənclər yaradıcılıq mərkəzinin “20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi ilə tanış oldular.
Lalə Azəri