BMT Baş Qərargahında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir ilə görüşü keçirilib. Görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Ali nümayəndə ölkəmizin BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyinə, habelə bu tədbirin təşkilinə və Sivilizasiyalar Alyansına Azərbaycan hökumətinin dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Nazir Əbülfəs Qarayev BMT ali nümayəndəsinə ölkə rəhbərliyinin salamlarını çatdıraraq, bu il ölkəmizdə elan olunan “Multikulturalizm ili” çərçivəsində Sivilizasiyalar Alyansının qlobal məqsədlərinə uyğun olaraq silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Beynəlxalq davamlı turizm ili” çərçivəsində silsilə tədbirlərin keçirilməsi, həmçinin Bakıda 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məqsədilə digər tərəfdaşlarla birgə hazırlıq işlərinin aparılması qərara alınıb.