İyulun 9-10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edən Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə mövcuddur ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Abidələr o vaxt tarixin predmetinə çevrilir ki, tədqiq olunsun və yaşadılsın. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu bölgədəki abidələrin elmi və real mənbələr əsasında öyrənilməsinin əsasını qoyub. Bu gün qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. Son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Müdafiə istehkamı olan Oğlanqala, Qız qalası, Qazançı qalası, Əlincəqala, Naxçıvanqala, Çalxanqala və digər qalalar strateji cəhətdən olduqca əlverişli mövqedə tikilib, yadelli hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb. Naxçıvan qalaları ilkin yaşayış yerləri, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi diqqəti cəlb edir. Onlar şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Naxçıvan qalaları memarlıq quruluşuna görə də seçilirlər. İstər inşaat texnikasının yüksək səviyyəsinə, istərsə də planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalalarımız bu gün təkcə tarixilik baxımından deyil, həm də müasir memarlıq sənətinin inkişafı baxımından da tədqiq olunmalı və öyrənilməlidir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, son illərdə aparılan elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaradıb, dəyərli elmi ədəbiyyatlar hazırlanıb. Üçcildlik “Naxçıvan tarixi” kitabı da azərbaycanşünaslığa dəyərli töhfə olmaqla yanaşı, Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən ensiklopedik nəşrdir.
Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq”, ABŞ-ın Emori Universitetinin professoru Hillari Qopnik “Şərur vadisinin Son Tunc dövrü qalaları”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan qalaları: dövrləri və xarakterləri” mövzusunda çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar