Türkiyənin İstanbul şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin (World Heritage Committee) 40-cı sessiyası davam edir. Sessiyada Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iyulun 12-də İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (İRCİCA) baş direktoru Halit Erenlə görüşüb.
Görüşdə 2017-ci ilin oktyabr ayında Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantının keçirilməsi məsələsi müzakirə edilib.
Halit Eren mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İRCİCA-nı ziyarət etdiyi zaman Qarabağ mədəniyyəti və irsi mövzusunda birgə fəaliyyətlə bağlı razılıq əldə edildiyini və daha sonra məktub mübadilələri ilə bu təklifin təsdiqləndiyini bildirib.
V.Eyvazzadə qeyd edib ki, hazırda Ermənistanın işğalı altında olan ərazilərimizdə bütün tarixi abidələr dağıdılıb, islam irsinin nümunələri, dini məbədlər, məscidlər məhv edilib. İRCİCA-nın baş direktoru İslam Əməkdaşlıq Təşkilatının tarixi-elmi, mədəni araşdırmalar mərkəzi olaraq bu məsələdə Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını, 2017-ci ilin oktyabr ayında keçiriləcək toplantının islam dünyasının nüfuzlu elm xadimlərini Qarabağ mövzusunda bir araya gətirəcəyini vurğulayıb.
H.Eren 1997-ci ildə ulu öndər Heydər Əliyevin İRCİCA-nı ziyarət etdiyini və 1998-ci ildə Bakıda onun himayəsi ilə Qafqazda islam mədəniyyəti mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladaraq dahi şəxsiyyətin tədbirin açılışındakı çıxışının yaddaşına həkk olunduğunu deyib.
Görüşdə Qarabağ irsi mövzusunda elmi toplantının proqramı, müzakirə mövzuları, habelə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar