Avqustun 1-də Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, MKS-nin direktoru Nüşabə Ələkbərova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, yazıçı, şair və ədəbiyyatşünaslar iştirak ediblər.
Çıxışlarda ana dilimizin saflığı, özünəməxsusluğu, zənginliyi, cəmiyyətdə ana dilinin problemləri barədə söhbət açılıb. Bildirilib ki, ana dili hər bir millətin maddi-mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
Bakı şəhəri 238 saylı orta məktəbin şagirdi Zeynalabdin Bağırzadə, 53 nömrəli məktəbin şagirdi Məryəm Kərimli, Bakı Avropa liseyinin şagirdi Hüseyn Məmmədlinin səsləndirdiyi ana dilimizə həsr olunmuş şeirlər tədbirə xüsusi ovqat qatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar