Elnur (Şükürov Elnur Kəramət oğlu) 1983-cü ildə anadan olub, hekayələri “Azərbaycan”, “Ulduz” jurnalında dərc edilib, 2003-cü il üzrə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc nasiri” nominasiyasının qalibi, AYB-nin üzvüdür. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsidir.
Axırıncı yol
Getdiyi yolların hamısının sonu onun iş yeriydi. Bilirdi ki, dönən kimi zibilxanaya çatacaq, ora çatınca yeşiklərlə atılmış araq şüşələrini xəyalında canlandıracaq. Düşüncələri, xəyalları onu əməlli-başlı kefləndirdi. Özünə təskinlik verərək düşünürdü: “bəyəm bu boyda şəhərin insanları içki içib keflənmir?!”
Restoran kababçısının bir həftə bundan qabaq böyrünə ilişdirdiyi təpiyin yeri hələ də ağrıyırdı. Zibil yeşikləri aşıb-daşırdı, üfunətverici qoxunu isə gül ətri kimi qəbul edirdi. O, üzərinə çürüntü və çay pıçılları tökülən pivə şüşələrini görəndə yaman sevindi, pivə şüşələri araq şüşələrindən daha yaxşı pula gedirdi. Əlindəki çubuqla şüşələrə bulaşan zir-zibili ayırıb şüşələri bir-bir torbasına yığdı. Sanki dünyada butulkalardan başqa heç nəyə ehtiyacı yox idi. Əlindəki çubuq on ilə yaxın idi ki, onunla yoldaşlıq edirdi, cadar-cadar olmuş ovuclarının arasına dolan palçıqdan çubuğunun da rəngi qaralmışdı. O, özü də bilmədən əlindəki çubuğuna da qara həyat sürməyə məcbur eləmişdi. Ətrafa səpələnən qəzetlərin birini yerdən qaldırıb Səddam Hüseynin şəklinə baxdı. Şəkildəki adam ona çox oxşayırdı, onun kimi üz- gözünü tük basmışdı. Səddamla yanaşı Corc Buşun şəkli verilmişdi, o, üzü qırxılmış, səliqəli geyinmiş dünyanı salamlayırdı. Belə təmiz qəzetləri zibilxanadan həmişə tapmaq olmurdu, o, qəzetlərdən bayıra gedəndə istifadə edəcəkdi.
Ətrafdakılar onun yanından iyrənə-iyrənə keçirdilər. Bəziləri nifrətnən, bəziləri isə qəmli-qəmli baxır, bəlkə də, onu tanıyırdılar. Yox, tanıya bilməzdilər. O artıq yaddaşlardan silinməliydi, onu heç kim xatırlamamalıydı. Bu, xatırlama baş verə bilməzdi. Ətrafından keçən insanlar hardan biləydilər ki, nifrətnən baxıb iyrəndikləri bu insan nə vaxtsa fizika müəllimi işləyib. Ağ köynək geyinib qalstuk taxaraq işə tələsdiyni təsəvvür belə edə bilməzdilər. Onun da bir zamanlar gözəl bir ailəsi vardı. Müharibədən sonra ətrafda qəribə-qəribə, müxtəlif tipli adamlar peyda oldular, ətrafda nə vardısa, siçovul kimi gəmirib məhv edirdilər, onlar üçün hec bir əxlaq, insaf anlayışı yox idi. Hamının işinə qarışır, həyasızcasına ətrafdakı insanların sakit həyatlarına soxulurdular. Dumanlı yaddaşında onlara ad da qoymuşdu: “uzunsifətlər”.
Əvvəlcə rus arvadı uşaqları da götürüb onu tərk etdi, axırıncı sözləri bu oldu ki, kim özünə hörmət edirsə, burada yaşamaz.
Bir gün məktəbdən evə qayıdanda qapısının qırıldığını gördü, içəri girəndə bir sürü insan onun üstünə qışqıra-qışqıra yeriyib onu evdən çölə atdı, arvadlar elə qışqırırdılar ki, elə bil ətlərini kəsirdilər. Uzunsifətlər onun evini zəbt etdilər. Vaxt keçdikcə, tanışların, dostlarının xasiyyəti dəyişdi, başqa məxluqa çevrildilər, getikcə uzunsifətlərə oxşamağa başladılar.
O, əlindəki torbanı çiyninə atıb içindəki şüşələri cingilədə-cingilədə “Butulka qəbulu” yazılan vaqona yaxınlaşdı. Vaqon dil açıb dilləndi:”Necəsən, müəllim? Sağ ol ki, mənə cazibə qanununu öyrətmisən.” Bu səsi xatırlamağa cəhd elədikcə başı ağrıyırdı. Xatirəsinin “iynəsinin” vaxtı çatmışdı.
* * *
Qaranlığa doğru
Şəhərin dar küçələrindən keçib qaranlığa doğru irəlilədi. Əyninə bu yaxınlarda ucuzxana qəlyanaltıların birində on yaşını qeyd elədiyi, sağlığına badə qaldırdığı köhnə plaş, dostunun bağışladığı rəngı bılınməyən köynək (pencəyi olmadığından plaşı köynəyin üstündən geymişdi, plaş da plaşdan çox bürünəcəyə oxşayırdı), başına isə dəri papaq geymişdi. İşığı yarıb qaranlığa girdi, üstünə-başına, üzünə-gözünə hopan işıqdan qaranlığa da pay apardı, bir neçə addım yeriyən işıq dirəyini andırdı. Küçənin kənarına atılan boz bir daşın üstündə əyləşən qoca qadın əl açıb dilənirdi. Qadın başını aşağı salmışdı, yəqin ki, utanırdı. Utanmağı və bu qədimdən qədim peşəyə təzə başlaması hava qaralandan sonra “iş yerinə” gəlməsindən bilinirdi. Həmişə belə olur, zaman öz işini görüb onu hər şeyə öyrədəcəkdi və öyrəşdirəcəkdi .
- Bala, görüm, səni bütün arzularına çatasan, heç vaxt nə edim, nə edəcəm demiyəsən.
“İndi bu qaranlıqda məşq edir”, düşündü. Bir tərəfdən də qadına yazığı gəldi, ürəyində dualara güldü.
Dünyaya gələndən “nə edim, nə edəcəm” sözləri içində vurnuxurdu.
Qoca dilənçidən küləyin dalğaları altında uzaqlaşdı.
Qaranlığın sonuna çatıb dayandı.
Kafenin kənarında dayanan, qışqırıqları da yorulan sürücülər donuq gözlərini bir nöqtəyə zilləyib müştəri gözləyirdilər.
Yolu keçən kimi sürücülər onun üstünə hücum çəkdilər.
- Hara gedirsiz aparaq.
- Heç yerə getmirəm,- bu sözləri bir söz kimi, həm də sürücülərdən çox özü-özünə dedi.
Kafenin şüşəli qapısını səssizcə açdı...
Çölə nisbətən içəri sakit və cansıxıcı idi. Küncdəki stolların birində oturdu. Xidmətçi yaxınlaşdı
- Nə buyurursuz?
- Kofe
Xidmətçi gedəndən sonra ətrafa göz gəzdirdi.
Piştaxtanın arxasındakı qız özünü işgüzar göstərərək boş butulkaları bir-birinə vura-vura, səsləndirə-səsləndirə yığırdı.
Bu, şefin gözünə girmək üçün ən yaxşı yoldu.O isə belə işləri bacarmadığından ona qalan yalnız qabarlı və kobud əlləri idi. Kafenin pəncərəsindən süzülən yağış damlaları siqaret və pivə reklamlarının arxasında yoxa çıxırdı.
Yuxarda başının üstündə fırlanan sərinkeşə baxdı. Sərinkeş atasının atlara qoşduğu araba təkələrini xatırladırdı. Ona tərəf gələn xidmətçinin ayaq səsləri onu fikirdən ayırdı:
- Bu da sizin kofeniz.
O, kofeni yağış kəsənə qədər içdi. Küçəyə çıxdı, küçə bomboş ömür yolu kimi qarşısında uzanıb onu öz qoynuna almaq istəyirdi.
Dərindən ah çəkdi. Bu ah yüz illərlə qalıb, içini dağıda-dağıda özünə yol tapa bilmirdi .Qışqırdı, nə qışqırdığını bilmədi.
Küçədəki səkilərin qıraqlarında yağışın yuyub gətirdiyi konfet kağızları yoldan keçən maşınların işıqlarında parıldayırdı.
Darvazanın ağzında dayandı. Yerdən bir daş götürüb qapını döyəcləməyə başladı, elə bil taleyinin qapısını döyürdü, darvazada qapı zənginin düyməsi olduğunu unutmuşdu.
Arvadı əlində bir şey olmadığını görüb, onu kinayə ilə süzdü.
Arvadı həmişə əliboş gələndə dayanmadan deyinərdi .
- Neyləyim bu dəfə belə oldu, Allah kərimdi, yaxşı olar.
Arvadının ən zəhləsi gedən söz də elə bu “Allah kərimdir” sözü idi.
Ona elə gəlirdi əri hər dəfə bu kəlməni deyəndə pul qazanmaq istəmir.
Arvadının deyintiləri altında mətbəxə keçdi. Stoldakı boşalmış çay qutusunun içində olan yeganə paketi götürdü, çaynikdəki pıçılları zibil qabına boşaltdı. Buxarlanan lilli suyu stəkana atdığı paketin üzərinə süzdü.
- Su niyə belədir?
- Deyirlər, Kür daşıb.
Onsuz da arvadının deyintilərinə öyrəşmişdi, arvadı deyinməyəndə darıxırdı.
Arvadının sözləri çəkic kimi başına dəyıb qayıdırdı. O, bu sözləri aydınlaşdırmağa çalışmırdı, iyirmi ildi ki, eyni sözləri eşidirdi.
Saatın kəfkiri dayanan kimi arvadının səsi kəsildi. Arvadı onun çayını içirdi. O, gedib saatın qabağında dayandı. Qoz ağacından düzəldilmış çərçivə naxışlarla haşiyələnmişdi. Saatı qurub kəfkiri bir təkanla yenidən yellənməyə məcbur etdi. Kəfkirin işə düşməyiynən arvadı yenidən deyinməyə başladı. Axırda arvadı dözməyib qışqırdı:
- Niyə məni dinləmirsən? Ölmək istəyirəm.
- Əzizim, ölmə, indi ölmək də çətindi. Gəl, başqa mövzulardan danışaq. Yoldaşlarnan danışmışam, səhər getməliyəm, Allah qoysa, üç-dörd günə gələcəm, hələlik yemək var, bəs eləyər, narahat olma, qayıdacam. “Qayıdacam” sözünü elə dedi ki,”qayıtmaya bilərəm” kimi alındı.
Səhərin alaqaranlığında yatağından qalxdı.
- Gedirsən?
-Qayıdacağam, - gecəki ahənglə cavab verdi.
Arvadının baxışları altında açılacaq sabahın qaranlığına qarışdı.