Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də Biləsuvar rayonunda vətəndaşlarla görüşündən sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
İlk olaraq rayon Mədəniyyət mərkəzinə gələn nazirə mərkəzin fəaliyyəti, mədəni xidmətlərin təşkili sahəsində görülən işlər haqqında məlumat verilib. Mərkəzin nəzdindəki özfəaliyyət kollektivi və dərnəyin işi ilə də tanış olan nazir mədəniyyət ocağının inzibati binasının yaxın vaxtlarda təmir olunacağını bildirib.
Əbülfəs Qarayev daha sonra rayon Tarix-diyarşünaslıq muzeyinə gəlib. Burada yaradılan şərait, eksponatların qorunması və yeni eksponatların toplanması haqqında nazirə ətraflı məlumat verilib. Qeyd olunub ki, muzeydə 2 mindən çox eksponat qorunub saxlanılır.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.