İstiqlal Muzeyi məktəbdə tədbir keçirib
Sentyabrın 30-da Azərbaycan İstiqlal Muzeyi “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsi çərçivəsində Mirələkbər İbrahimov adına 153 saylı orta məktəbdə tədbir keçirib.
Tədbirdə məktəbin direktoru Təranə Paşayeva, Milli Qəhrəman Mirələkbər İbrahimovun oğlu Cavid İbrahimov, Milli Qəhrəman Əfqan Hüseynovun həyat yoldaşı Leyla Hüseynova, Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Novruzova çıxış edərək, vətən oğullarının keçdikləri şərəfli döyüş yolundan danışıblar, şagirdlərin hazırladıqları bədii kompozisiya nümayiş olunub.
Milli Qəhrəmanları anmaq və böyüməkdə olan nəslə yaxından tanıtmaq məqsədi daşıyan layihə çərçivəsində İstiqlal Muzeyi indiyədək 60, 13, 27, 163 saylı məktəblərdə, hərbi hissələrdə belə tədbirlər təşkil edib.