Şəkidə Yusif Has Hacib Balasaqunlunun 1000 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2016-cı ili türk dünyasının böyük şairi, görkəmli alim, mütəfəkkir Yusif Has Hacib Balasaqunlunun 1000 illik yubileyi şərəfinə xatirə ili elan edib. Türk-islam tarixi və mədəniyyəti baxımından böyük dəyər kəsb edən “Qutadqu bilik” (“Xoşbəxtlik verən bilik”) əsərinin müəllifi olan mütəfəkkirin 1016-1017-ci illərdə Qaraxanlı dövlətinin (Orta Asyada, indiki Qırğızıstan ərazisində mövcud olmuş türk dövləti) Balasaqun şəhərində anadan olduğu, 1069-1070-ci illər arasında vəfat etdiyi təxmin edilir.
Xatirə ili ərzində türkdilli ölkələrdə müxtəlif tədbirlər keçirilib. Noyabrın 2-də “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri də Yusif Has Hacib Balasaqunluya həsr olunmuş beynəlxalq elmi konfransa ev sahibliyi etdi.
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Kitabxanası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycanın və TÜRKSOY-a üzv olan ölkələrin elm və sənət adamları iştirak ediblər.
Konfransdan öncə iştirakçılar Yusif Has Hacib Balasaqunluya həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Sonra professor Ramiz Əsgərin türk dilində “Kutadgu bilig” biblioqrafiyası” kitabının təqdimatı olub.
Beynəlxalq elmi konfransı Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, qədim şəhərin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin mədəni irsi, geniş turizm potensialı ilə Şəki artıq nəinki Azərbaycanda, eləcə də dünyada tanınan bir şəhərə çevrilib. Diqqətə çatdırılıb ki, hazırda şəhərin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi istiqamətində iş aparılır.
Elxan Usubov “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində apreldə Şəkidə “paytaxt ili”nin təntənəli açılış mərasiminin, sonrakı aylarda beynəlxalq musiqi, şirniyyat və teatr festivallarının keçirildiyini, müxtəlif sərgilərin təşkil olunduğunu vurğulayıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
TÜRKSOY baş katibinin müavini Fırat Purtaş qeyd edib ki, Yusif Has Hacib Balasaqunlunun anadan olmasının 1000 illiyi münasibətilə 2016-cı il təşkilat tərəfindən böyük mütəfəkkirin xatirə ili elan edilib. TÜRKSOY-un rəsmisi beynəlxalq elmi konfransın türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib.
Sonra Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər “Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Has Hacib Balasaqunlu” mövzusunda məruzə edib. Qeyd olunub ki, ‰usif Balasaqunlunun türk mədəniyyəti və ədəbiyyatı, ictimai və siyasi fikir tarixində xüsusi yeri var. Onun “Qutadqu bilik” poeması insan və xoşbəxtlik haqqında elmdir. Poemanın müəllifi Yusif Has Hacib dünya ədəbiyyatı tarixində humanizmin əsasını qoyan ilk qələm sahiblərindən, poemanın özü isə bu problemə həsr olunmuş ilk bədii əsərlərdən biridir.
Konfransda Qazaxıstandakı Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız, Azərbaycan Yazıçılar Birliyi Şəki şöbəsinin rəhbəri şair Vaqif Aslan çıxış edərək, böyük türk şairi Yusif Balasaqunlunun yaradıcılığından söz açıblar.
Konfransın ikinci hissəsində Ankara Universitetinin professoru Zülfikar Güngörün “İslamiyyətin türk ədəbiyyatına təsiri: “Qutadqu bilik” nümunəsi”, Makedoniya Elmlər Akademiyasının professoru Numan Arucun “Türk-islam düşüncəsinin simvol şəxsiyyətlərini yetişdirən münbit dünya - türk dünyası”, Ankara Universitetinin professoru Gülzura Jumakunovanın “Türk milli ideologiyalar təsisində “Qutadqu bilik” təlimi”, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Askar Turganbayın “Qutadqu bilik” və qazax folkloru” mövzularında məruzələri dinlənilib.