“Kitabi-Dədə Qorqud” türk ədəbiyyatşünaslığında” nəşrinin müəllifi institutun türk filologiyası bölməsinin əməkdaşı Xalidə Qafqazlı Azərbaycan abidəsinin türkiyəli alimlər tərəfindən tədqiqat tarixini öyrənməyə çalışıb.

1916-cı ildən sonra bir çox türk alimləri - Məhərrəm Ergin, Orxan Şaiq Gökyay, Suad Gizarçı, Adnan Binyazar və başqaları bu əsərin öyrənilməsi ilə məşğul olub. Kitabda türk ədəbiyyatşünasları Əhməd Cəfəroğlu, Cahid Öztelli, İbrahim Zəki Burdarlu və digərlərinin bu mövzu ilə bağlı məqalələri də verilib. Yeni nəşrdə bu mövzunun türkiyəli alim Semih Tezcanın hollandiyalı alim Hendrik Boşçotenlə birgə buraxdığı “Dədə Qorqud oğuznamələri” adlı xarici nəşri barədə söhbət gedir. Həmin nəşrdə müəlliflər Drezden və Vatikanda saxlanılan əlyazmalarda bir sıra dolaşıq məsələlərə aydınlıq gətirməyə və lazımi düzəlişlər etməyə çalışırlar.

Şərqşünaslıq İnstitutunun ikinci yeni nəşri Rəşid Təhməzoğlunun “Nazim Hikmətin yaradıcılığında Şərq” kitabıdır və XX əsrin türk mütəfəkkir şairi Nazim Hikmətin yaradıcılığında Şərq motivlərinin və mövzusunun araşdırılmasına həsr olunub. Mənbənin sözlərinə görə, müəllif, şairin lirikasında nəzərdən keçirilən Azərbaycan və Türkiyə mövzusunda elmi tədqiqatların faktlara əsaslanan nəticələrini verir. Kitabın fəsillərindən biri Nazim Hikmətin epik əsərlərinə həsr olunub və burada ilk dəfə olaraq yazıçının dram əsərlərində Şərq folklorunun elementləri nəzərdən keçirilir.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar