Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy məscidi.
Abidənin özəlliyi ondadır ki, o həm də xalq arasında Əjdərbəy, Göy məscid və ya İttifaq məscidi kimi adlanır.
Məscidin tikilmə tarixi çox maraqlıdır. Deyilənlərə görə, Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, «əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin» - deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur. Beləliklə, məscidin tikilməsi maraqlı təsadüf nəticəsində baş verib. Deyilənlərə görə, məscidin ilk adı İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən məramı belə olub ki, bura üz tutan şiələr və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılacaqlar. Bu ənənə bu günə qədər də qorunub saxlanılır. Maraqlıdır ki, Göy məscid bu günə qədər İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkandır. El arasında məscidin bir neçə adla çağırılmasına gəlincə, bu da təsadüfi deyil. Günbəzinin rənginə görə, tikili el arasında Göy məscid adı ilə çağırılır. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı əlavə olunur.
Digər müqəddəs yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində repressiya hədəfinə tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna bariz nümunədir. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlərlə istifadə olunur. Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən sonra məscid yenidən müsəlmanların ixtiyarına verilir.
Memarlıq üslubuna görə, məscid simvolik görünüşə malikdir: O, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman Şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirilib. Artıq iki ildir ki, ölkə prezidenti İlham Əliyevin fərmanı ilə məsciddə aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Təmir-tikinti işləri zamanı Göy məscidin əlavə korpusu tikiləcək. Bu korpusun üst mərtəbəsində inzibati otaqlar, konfrans zalı inşa ediləcək. Dəstəmazxana və yuat yerləri zirzəmidə olacaq. İbadət mərasiminə məscidin həyətində yer ayrılması nəzərdə tutulur.
Yeni korpusda mərasim zalının tikilməsi də nəzərdə tutlub. Burada da əsas məqsəd yas çadrlarının küçələrdən yığışdırılması, onun qapalı yerdə, yəni məscidin daxilinə keçirilməsidir. Bir sözlə, bərpa və yenidənqurma işləri məscidi gözəl ibadət evinə çevirəcək.