Bakının Əmircan kəndində 108 yaşlı qoşaminarəli bir məscid var. Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu M.Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.
M.Muxtarovun tikdirdiyi əzəmətli məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir.
Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi o dövrdə digər məscid minarələrindən fərqlənirdi. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin 2 qülləsindən dindarlar azan vermək üçün istifadə edirdi. O dövrdə Təzəpir məscidində azan vermək üçün 1 qüllə inşa edilmişdi. İstər qüllənin aşağı, istərsə də yuxarı hissəsində azan verilə bilər. Məscidin 2-ci mərtəbəsində qadınların namaz qılması üçün də xüsusi otaq vardı. Deyilənə görə, Murtuza Muxtarov bu məscidi neftdən qazandığı halal pulu ilə tikdirib. O illərdə daima məscidə gələn milyonçunun özü namaz qılar, dualar edərdi. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs «Qurani-Kərimi» hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı.
Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Məlumat üçün onu da bildirək ki, Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub.
1908-ci ildə məscidin açılışında əmircanlı axund Əbu Turab minbərə qalxaraq ilk xütbəni oxuyub.
Məscid 2 giriş qapısı ilə əhatələnib. Qapı və pəncərələrin üzərindəki şəbəkə göz oxşayır. Qapı üzərində 4 təsvir - 4 müqəddəs kitabı, 4 ünsürü göstərir. Məscidin 1 günbəzi, 16 pəncərəsi var. Sovet dövründə məsciddən toxuculuq sexi, 1985-88-ci illərdə Azərbaycanın məşhur rəssamı S.Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub.1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilib. Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam, yeganə olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə isə Ulu Tanrının varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir.